Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Avropa Banklarındakı problem nədir?

Avropa ölkələrinin hökumətləri qitədə növbəti bir iqtisadi böhranın baş verməməsi üçün müəyyən tədbirlər həyata keçirmişdir. Müvafiq olaraq, Avropanın bir sıra dövlətləri qənaət rejimini tətbiq etməyə başlamışdır. Bu qənaətin nəticəsi olaraq, ölkə üzrə xərclərin xeyli şəkildə kəsilməsi başlandı və Ümumi Daxili Məhsulun (ÜDM) 3%-dən az olan maliyyə kəsiri yarandı. Buna baxmayaraq, hələlik söyləmək tezdir ki, Avropa ölkələri iqtisadi böhrana davamlıdır. Hal-hazırda Avropa üçün ən böyük iqtisadi risklərdən biri qeyri-sabit bank sistemidir. Belə ki, bank sistemi Avropa ÜDM-in 291%-dən çoxunu təşkil edir. Ona görə də qeyri-sabit bank sisteminin inkişafına davam edilsə Avropa qitəsi üçün bank sferasında ciddi problemlər yarana bilər. Müvafiq olaraq, bu məqalədə Avropa ölkələrinin bank sistemindəki bankların sabitliyinə xələl gətirən müəyyən səbəblər daha dərindən analiz olunacaq.

            Bankların sabitliyini pozan amillər hansılardır? Paradoksaldır ki, əslində bank sisteminin sabitliyini yaratmaq üçün atılan addımların özü elə bank sisteminin sabitliyin pozan amillərdən biridir. Yəni, 2008-ci il iqtisadi böhranından sonra Avropanın bank sistemində geniş miqyaslı bərpa tədbirləri keçirilmişdir və həmin tədbirlərin məqsədi bank sisteminin daimi sabitliyini və sağlam vəziyyətdə işlək olmasını təmin etməkdən ibarətdir. Lakin bərpa tədbirlərinin tətbiq edilməsinin özü də xeyli xərclər tələb edirdi ki, bu da bankların ümumi gəlirinin 4%-ni təşkil edirdi və durmadan artırdı.

            Bir tərəfdən də, qitədəki milli istiqrazların ən böyük sahibləri Avropa banklarıdır.  Lakin problem odur ki, həmin istiqrazların dəyərinin təbii yox, süni şəkildə şişirdildiyi görünürdü. Nəticədə, banklar tərəfindən qeydə alınan bazar mənfəətinin göstəriciləri və əldə etdiyi mənfəət də şişirdilirdi. Bu səbəbdən də yatırım etmək istəyən insanlar Avropa banklarının gücünü və özlərinin müflisləşmək ehtimalını müəyyən etmək üçün həmi göstəriciləri daha ciddi analiz etməli idilər.

            Müflisləşmə dərəcəsinin böyüməsi Mərkəzi Bankın faiz dərəcəsini cüzi səviyyədə - yəni 0% səviyyəsində saxladı. Aşağı faiz dərəcələri onu bildirirdi ki, əksər borcalanlar öz kreditləri üzrə ödənişləri davam etdirə bilərdilər. Digər tərəfdən isə sıfır faiz dərəcəsi uzun müddətli şəkildə davam edə bilməzdi. Faiz dərəcələrinin artması isə ödənişlərin də artması demək idi. Ödənişlərin bu cürə artması birbaşa müflisləşməyə gətirib çıxara bilərdi.

          Böhran vəziyyətini nəzərə alaraq, Avropa bankları qeyri-müəyyən vəziyyətdə idi, çünki bazar artıq bilirdi ki, Avropa banklarının çox hissəsi öz səhmlərini balans dəyərində xeyli aşağı səviyyədə satırdı.

            Əslində istiqrazların qiymətlərinin kəskin şəkildə aşağı düşməsini və Avropa banklarının bu istiqrazlara ehtiyacı olduğunu nəzərə alaraq, nəticə olaraq çox sayda banklar gələcəkdə müflisləşə bilər. Yekun olaraq, Avropa banklarının çoxu hazırda bu səbəblərdən qeyri-müəyyən vəziyyətdədir və 2008-ci il iqtisadi böhranının təkrarlanmaması üçün həmin səbəblərə böyük diqqət ayırmaq lazımdır.

çoxfunksiyalı mobil əlavə