Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Bankların tarixən təkamülü

Artıq ilk valyutalar yaradılandan bəri banklar mövcud idi, varlı insanlar isə öz pullarını saxlamağa etibarlı və təhlükəsiz yer istəyirdilər. Qədim zamanlarda sərvətləri bölüşdürməyə, ticarət məsələlərini asanlaşdırmaq və sakinlərdən vergi toplamaq üçün işlək maliyyə sisteminə ehtiyac var idi. Həmin vaxtlar müxtəlif ölçülü metal sikkələr kağız pul əskinasları ilə əvəz edildi.            

Roma imperiyasında bankçılıq

İnşaat işində mütəxəssis olan qədim romalılar bank işlərini artıq məbədlərdən çıxararaq fərqli-fərqli binaların daxilində köçürüb, orada rəsmiləşdirdilər. Həmin müddət ərzində artıq qanuni ticarətin əksər hissəsi və demək olar ki, bütün dövlət xərcləri institusional bankın istifadəsini nəzərdə tuturdu.

Avropa monarxları asan pul kəşf etməyə başladı

        O zamankı banklar bəzən açıq-aydın nizamnamələr və müqavilələr əsasında fəaliyyət göstərdiyindən, kral nümayəndələri kral xəzinəsinə çətin vaxtlarda pul əldə etmək üçün çox vaxt kralın müəyyən şərtləri ilə kreditlər almağa başladılar. Belə bir asan şəkildə pul qazanma prosesi kralları pulun lazımsız israfına, bahalı müharibələrə və hətta qonşu krallıqlarla silah yarışlarına gətirib çıxartdı ki, bu da götürülən borcların tez-tez çökməsinə səbəb olurdu.        

Adam Smit və azad bazar bankçılığı

            1776-cı ildə iqtisadçı Adam Smit özünün “görünməz əl” teoriyasını təqdim etdiyi zaman Böyük Britaniyada bank işi artıq yaxşı qurulmuşdu. Artıq özünü tənzimləməyi bacaran və idarəçiliyi güclənən banklar dövlətin bank sektorunda və iqtisadiyyata iştirakını məhdudlaşdırmağı bacardılar.

            Ticarət banklarının hakimiyyətə gəlməyi

Kreditlər və korporativ maliyyə kimi müntəzəm bank işi ilə yanaşı, milli bank sistemi tərəfindən yerinə yetiriləcək iqtisadi vəzifələrin əksəriyyəti də artıq tez bir şəkildə tezliklə böyük ticarət banklarının əlinə keçdi. Həmin dövr 1920-ci illərə qədər davam etdi və bu vaxt ərzində ticarət bankları beynəlxalq əlaqələrini siyasi və maliyyə güclərinə çevirdilər.

            İkinci Dünya Müharibəsi və müasir bankçılığın inkişafı

            İkinci Dünya Müharibəsi bank sektoruna inanılmaz dərəcədə təsir etdi və onu tamamilə məhv olmaqdan xilas edə bilərdi. Təbii ki, müharibə banklar üçün milyardlarla məbləğdə pul cəlb edən maliyyə manevrləri tələb edirdi. Belə bir böyük maliyyə əməliyyatı kütləvi kredit ehtiyacları olan şirkətlərin yaranmasına səbəb oldu və bu da öz növbəsində bankları öz aralarında birləşməyə məcbur etdi. Nəticədə, nəhəng banklar yaranmağa başladı və bu banklar qlobal bazarları əhatə edirdi.

Bankların rəqəmsallaşması

            20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərindən başlayaraq, bankçılıq dünyasında ən əhəmiyyətli inkişaflardan biri baş verdi – rəqəmsallaşma yarandı. Rəqəmsallaşmanın nəticəsi olaraq da artıq bankçılıq xidmətlərinin smartfonlarda və digər elektron cihazlarda inkişafı başlandı.

 

Kredit Riskləri

Kredit riski, yəqin ki, bankların ən çox rast gəldiyi birinci riskdir. Yəni kredit riski borc alanlar tərəfindən kreditlərin ödənilməməsi ehtimalından əmələ gələn riskdir. Əslində bu risklərdən ən böyüyü borc alanların borcu ümumiyyətlə qaytarmamasıdır, lakin banklar borcların gec qaytarılmasını da risk siyahısına əlavə edirlər.

Bazar Riskləri

Banklar müxtəlif formalarda bazar riskləri ilə də üzləşirlər. Məsələn, əgər onlar böyük miqdarda kapitala sahibdirlərsə, o zaman kapital riskinə məruz qalırlar. Eynilə, banklar qızıl, gümüş və ya daşınmaz əmlak kimi əmtəələrə də kredit verir və bu səbəbdən onlar əmtəə ilə bağlı risklərə də məruz qalırlar. 

Əməliyyat riskləri

Təbii ki, banklar mənfəət qazanmaq üçün kütləvi əməliyyatlar yerinə yetirməlidir. Əməliyyat riski, əsasən, bankın gündəlik fəaliyyətində uğursuzluqla nəticələnən biznes prosesləri nəticəsində baş verir. Məsələn, əməliyyat riski dedikdə adicə hesaba səhv köçürülən ödənişləri və ya səhv sifarişin yerinə yetirilməsini deyə bilərik. Əməliyyat riskləri həm də yanlış insanların işə götürülməsi səbəbindən yaranır və ya alternativ olaraq, informasiya texnologiyaları sistemlərinin sıradan çıxması halında da baş verə bilər.

Mənəvi təhlükə

Mənəvi təhlükə adlanan risklə bank və ya onun səhmdarları üzləşmir, onların yerinə bankların fəaliyyət göstərdiyi ölkənin vergi ödəyiciləri üzləşirlər. Yəni sadə dillə izah etsək, banklar həddindən artıq risk almağa vərdiş ediblər. Əgər onların riski öz bəhrəsini verərsə, gəlirlərini saxlamalıdırlar. Lakin onların riski əks nəticə verərsə, o zaman itkilər vergi ödəyiciləri tərəfindən maliyyə yardımı şəklində ödənilir.

Likvidlik riski

Likvidlik riski bankların üzləşdiyi digər bir risk növüdür. Likvidlik riski o zaman yaranır ki, əmanətçilər öz pul vəsaitlərini geri götürmək üçün gəldiyi halda bank öz öhdəliyini yerinə yetirmir. Belə risk, əsasən, fraksiya ehtiyat bank sisteminə aiddir, ona görə də bu sistemdə alınan depozitlərin yalnız hansısa bir faizi ehtiyat kimi saxlanılır, digər hissəsi isə kredit verilməsinə sərf olunur.

Biznes riski

Hal-hazırda banklar seçim edə biləcəyi çoxlu strategiyalara malikdirlər. Müəyyən bir strategiya seçildikdən sonra bank özünün xeyli resurslarını və vaxtını uzunmüddətli şəkildə həmin strategiyanın məqsədlərinə çatmaq üçün istifadə edir. Beləliklə, əgər seçilmiş strategiya səhvdirsə, bank kifayət qədər itkilərə məruz qala və ya sadəcə olaraq müflisləşə bilər. Ona görə, həmişə səhv strategiya seçmək riski mövcuddur.

Reputasiya riski

Ümumiyyətlə, reputasiya bank sahəsində ən vacib faktorlardan biridir. Hər bir müştəri öz pulunun etibarlı bankda saxlanmasına və həmin bankın dayanıqlı biznes təcrübələrinə riayət etməsinə əmin olmaq istər. Ona görə, hər hansısa bank barədə mətbuatda mənfi xəbər yayıldığı halda, həmin bankın öz reputasiyasını ləkələmək riski vardır.

Sistem riski

Sistem riski bütöv maliyyə sisteminin mürəkkəb və əlaqəli bir şəbəkə olması səbəbindən yaranır. Yəni, əgər bir bank uğursuzluğa uğrayıbsa, bu digər bir çox banklara da təsir göstərə bilir. Beləliklə, banklar bir-biri ilə xeyli əməliyyatlarda qarşılıqlı işləyir və system riskinə hər bir bank məruz qala bilər.

çoxfunksiyalı mobil əlavə