Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Müasir Bankçılığın Tarixi

Əslində köhnə zamanlarda bankçılıq işi hazırkı kimi ciddi tənzimlənən və nəzarət edilən bir iş deyildi. Əksinə, əvvəllər bankçılıq tamamilə azad bir bazar əməliyyatı idi. Yəni istənilən sahibkar heç bir əlavə lisenziyasız bank işinə rahatlıqla başlaya bilərdi. Bəs bank işi köhnə zamandan indiyə kimi necə dünyanın ən ciddi və ən yüksək səviyyədə tənzimlənən işlərindən birinə çevrildi? Bu barədə və ümumiyyətlə bank işinin təkamül prosesi barədə bu məqalədə söhbət açacayıq.

İlk növbədə, bank peşəsi orta əsrlərdə artıq başlanmışdı. Yəni ilk dəfə bank işini Avropada yaşayan zərgərlər həyata keçirmişdi, çünki onlar öz qiymətli mallarını möhkəm anbarlarda saxlamaq istəyirdi. Bunu görüb digər insanlar da öz mallarını qorumaq üçün zərgərlərdən anbarları icarəyə götürməyə başladı – depozit işi yarandı. Beləliklə, şəhər sakinləri zərgərlərəa anbar müqabilində qızıl verdikcə, zərgərlər bu qızılın bir hissəsini digər şəhər sakinlərinə borc verməyə başladı – borc pulun verilməsi yarandı. Beləliklə, zərgərlər öz işlərində depozit və borc pul verməyi birləşdirdi, nəticə olaraq pul krediti prosesi yarandı. Getdikcə bu proses daha çox tənzimlənməmiş bank işinə doğru inkişaf etməyə başladı və hələ ki, sahibkarlıq xarakteri daşıyırdı. Yəni təxmini 1600-cü illərə qədər istənilən sahibkar heç bir lisenziyasız və tənzimlənməsiz özlərinə bank yaradıb bu biznesə daxil ola bilərdi.

Tənzimlənməmiş bankların mövcud olduğu dövrü həmçinin “vicdansız” bankçılıq dövrü adlandırmaq olar, çünki həmin dövrdə bankçılıq işi nizamsız şəkildə həyata keçirilirdi və nəticə olaraq, şəhərlərdə xaos yaranırdı. Həmin xaosun qarşısını almaq üçün artıq mərkəzi bir bankın yaranması lazım idi. Mərkəzləşmiş banklarda artıq bütün proseslər hökumət tərəfindən yaradılmış xüsusi nizamnamə əsasında tənzimlənirdi. Həmin mərkəzi banklar digər bankların qanuni şəkildə fəaliyyət göstərməsinə də cavabdehlik daşıyırdı, bank işinə başlamaq üçün isə artıq lisenziyaların tələb edilməsi başlandı.

            Mərkəzi bankların inkişafı daha çox 1800-cü illərin sonlarına düşür. Bununla belə, o zamanın bir çox tənqidçiləri mərkəzi bankların sosializm təbiətli olduğunu və bank işinin azad şəkildə inkişaf etməsinə müəyyən məhdudiyyətlər yaratdığını bildirirdilər.

            Hal-hazırdakı müasir zamanda mərkəzi banklar dünyanın hər yerində mövcuddur, mərkəzi bankı mövcud olmayan ölkə tapmaq mümkün deyil. Müasir bank sisteminin digər mühüm inkişaf aspektlərindən biri də fraksiyalı ehtiyat sisteminin yaranmasıdır. Fraksiyalı ehtiyat sistemi nə deməkdir? Yəni banklar öz vəsaitlərinin mütləq bir hissəsini depozit şəklində saxlamalıdır. Məsələn, əgər bank 100 dolları müştəridən əmanət kimi alırsa, onun 10 dollarını əmanət kimi özündə saxlamalıdır, qalan hissəni isə digər müştərilər kredit şəklində təqdim edə bilər. Saxlanma məbləği müxtəlif ola bilər. Həmin məbləği hər ölkənin mərkəzi bankı təyin edir, lazım olduqda artırır və ya azaldır.

çoxfunksiyalı mobil əlavə