Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Pul kütləsi və banklar

Banklar müştərilərin depozitə qoyduğu pul kütləsindən necə istifadə edir? Bildiyimiz kimi, bankların əsas işi müştərilərə nağd pul alqı-satqısı işini görməkdən ibarətdir.  Həmin bu əməliyyatlarda iştirak edən pul məbləği isə banklar üçün nəzərdə tutulmuş məcburi ehtiyat həcmində olmalıdır. Bu onun üçün edilir ki, müştərilərin əmanətləri məcburi ehtiyat məbləğindən az olsun ki, banklar müştərilərin cibindən lazım olduğundan çox pul məbləği götürə bilməsin. Odur ki, banklar müştəriyə yox, yalnız həqiqətən onlara məxsus olan və müştəri depozitlərinin bir hissəsindən istifadə edə bilərlər. 

Bank müştəridən müəyyən məbləğdə depozit əldə edəndən sonra həmin depozitin bir hissəsini məcburi ehtiyat kimi özündə saxlaya bilər, qalan hissə isə ayrı qurumda saxlanılır. Bununla yanaşı, işlək ehtiyat yaratmaq üçün bank müştərinin əmanəti üzərinə əlavə pul kütləsi də qoya bilər. Belə əməliyyat hansı hallarda həyata keçirilir? Bu, müştərilərin depozit etdiyindən daha çox məbləğdə pul geri götürdüyü hallar üçün tələb olunur.

Bəs işlək ehtiyat özü nə deməkdir və nəyə lazımdır? Hərdən banklarda mövcud olan ehtiyat məbləği ehtiyat tələbindən daha çox ola bilir və nəticə olaraq, kifayət qədər vəsait qalmır. Sırf işlək ehtiyatlar bu cür halların qarşısını alır və ehtiyat tələbi üçün “backup” rolunu oynayır. Məcburi ehtiyat və işlək ehtiyat ikisi biryerdə bankın əsas ehtiyatlarını təşkil edir.

Ümumiyyətlə, bankçılıq gəlir və mənfəət gətirən bir işdir. Təbii ki, həmin gəlir və mənfəətin hamısı təkcə göstərilən xidmətlərə görə tutulan komissiyalardan əldə edilə bilməz. Yəni bank işlək ehtiyata daxil olmayan pul məbləğinin müəyyən bir hissəsini xəzinə qiymətli kağızlarına yatırım etmək məqsədilə istifadə edir və lazım olduqda da ləğv edir. Belə pul kütləsinə ikinci dərəcəli ehtiyat deyilir.

Banklar artıq olan ehtiyatlarından daha çox kredit verə bilməz, çünki müştərilər depozit etdiyi məbləğdən daha çox pul geri götürdüyü halda banklarda pul defisiti yarana bilər. Kredit vermək isə ölkədə pul kütləsinin artması ilə nəticələnir və ondan dövriyyədə olan pulun miqdarını artırmaq və ya azaltmaq üçün istifadə edilə bilər.

Kredit vermə prosesi necə baş verir? Sadə dillə izah etsək, kredit vermək pul məbləğinin artıq ehtiyatdan ilkin ehtiyata köçürülməsidir. Kredit vermə prosesi pulun artıq ehtiyatlardan ilkin ehtiyata köçürülməsini nəzərdə tutur və bu, avtomatik olaraq bankın digər müştərilərə verə biləcəyi pul məbləğini məhdudlaşdırır. Niyə? Çünki, qeyd etdiyimiz kimi, kredit ediləcək maksimum məbləğ artıq ehtiyata bərabər olmalıdır. Eyni zamanda, düşünsək ki, kredit verilən pul məbləğinin yarısının digər müştərilər tərəfindən yenidən hesaba yatırılır, nəticə olaraq ilkin və artıq ehtiyatların həcmi yenidən artır. Beləliklə, banklar həmin pul kütləsindən daha çox kredit vermək imkanı əldə edir.

çoxfunksiyalı mobil əlavə