Avtomobil krediti
Çox zaman günümüzün əksər hissəsini maşında keçirməli oluruq. İstər işə zamanında çatmağa, istərsə də dostlarımızla gözəl bir vaxt keçirməyə və ya ailə üzvlərimizlə uzaq bir səyahətə çıxmağa şəxsi avtomobilimiz bizə inanılmaz dərəcədə köməklik göstərir. Lakin bütün bunları rahat şəkildə yerinə yetirmək üçün avtomobil almağa cibimizdə çox zaman kifayət qədər pul vəsaiti olmur, banklardan isə sərfəli şəkildə avtomobil krediti götürmək heç də asan deyil. Fintedonun təqdim etdiyi nağd pul və ya avtomobil krediti isə sizə çox sərf edəcək. Belə ki, Fintedonun online kredit sifarisi, aşağı faiz dərəcəsi və digər rahat həlləri ilə avtomobil kreditini əldə etmək bundan sonra gözünüzə çətin görünməyəcək.
Avtomobil kredit kalkulyatoru
Dəyərini birdəfəlik və tam şəkildə ödəməklə yeni avtomobili, təəssüf ki, hər kəs ala bilmir. Bunun üçün həmin avtomobili əldə etməyə aylıq nə qədər pul vəsaitinizin xərclənəcəyini qabaqcadan bilmək önəmlidir. Narahatçılığa səbəb yoxdur, çünki Fintedo bu işinizi də yüngülləşdirəcək. Fintedonun rəsmi saytında yerləşdirilmiş avtomobil kredit kalkulyatoru vasitəsilə alacağınız avtomobilə lazım olan kreditin aylıq məbləğini qabaqcadan hesablaya bilərsiniz. Siz sadəcə avtomobil kredit kalkulyatorundakı boş xanaları doldurun, aylıq ödəyəcəyiniz kredit məbləği isə avtomatik olaraq ekranda əks olunacaq. Beləcə siz məlumat almaq üçün vaxtınızı sərf edib banka gələrək uzun-uzadı növbələrdə gözləməkdənsə, evinizdən belə avtomobil kredit kalkulyatoru vasitəsilə həmin məlumatları rahatlıqla əldə edə bilərsiniz. Avtomobil almaq planlarınızı reallaşdırmaq üçün növbəti ili gözləməyin, yelo.az saytında onlayn avtomobil krediti sifariş edin.
Avtomobil kredit şərtləri
Sizcə avtomobil krediti verən bankları müqayisə etdikdə müştərilər hansı səbəbdən müəyyən banka daha üstünlük verirlər? Düzdür, sərfəli avtomobil kredit şərtləri və rahat sifariş imkanına görə. Fintedo həmişəki kimi cəlbedici imkanlar təqdim etməklə müştərilərinin qayğısına qalır. İlk növbədə, avtomobil krediti almaq üçün Fintedo aşağı faiz dərəcələri təklif edir. Əlavə olaraq, krediti sifariş etmək üçün banka gəlməyə ehtiyac yoxdur, bütün proseslər asanlıqla Fintedonun parlaq mobil tətbiqində və ya rəsmi saytında onlayn şəkildə həyata keçirilir. Üstəlik, avtomobil üçün kredit sifariş etdiyiniz zaman Fintedo sizi çoxlu sayda sənədlər hazırlamaqla yormayacaq, çünki burada rəsmiləşdirmə prosesi sürətli və rahat baş verir. Bundan da sərfəli avtomobil kredit şərtləri? İnanmırıq. Odur ki, vaxt itirmədən Fintedonun rəsmi səhifəsində avtomobil kredit şərtləri ilə daha ətraflı tanış olmağa və onlayn kredit sifariş etməyə tələsin.